İsrailli nazir Şəhidlər xiyabanı və Zəfər parkını ziyarət edib | FOTOLAR

İsrailli nazir Şəhidlər xiyabanı və Zəfər parkını ziyarət edib |    FOTOLAR
  26 Yanvar 2026    Oxunub:711
İsrailin xarici işlər naziri Gideon Saar Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə nazirin “Facebook” səhifəsində məlumat verilib. Bildirilib ki, Gideon Saat Qarabağ müharibələrində həlak olanların, eləcə də Qara Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına ziyarət zamanı Birinci Qarabağ müharibəsində tank zabiti kimi xidmət edərkən həlak olmuş yəhudiəsilli əsgər Albert Aqarunovun məzarı üzərinə və Bakıdakı Zəfər parkına əklil qoyub:

"Albert Aqarunovun vəfatından sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib və Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində ravvinlərlə yanaşı müsəlman din xadimləri də iştirak ediblər".



AzVision.az


Teqlər: Azərbaycan   İsrail   nazir  



Xəbər lenti